Tovuz

Şəhər
Tovuz
40°59′32″ şm. e. 45°37′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.520 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6000[2], AZ6001[2], AZ6002[2]
Xəritəni göstər/gizlə
Tovuz xəritədə
Tovuz
Tovuz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


TovuzAzərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər,[3] Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır.[4] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.[5]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106.
  2. 1 2 3 https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
  4. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  5. "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne