Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır.
Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardır. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar.[1]