Tulia | |
---|---|
Tulia 2018-ci ildə | |
Əsas məlumatlar | |
Üslub | Xalq musiqisi |
Fəaliyyət illəri | 2017–h.h. |
Ölkə |
![]() |
Şəhər | Şetsin |
Leybl | Universal Music Poland |
Heyət |
Yoanna Sinkyeviç Dominika Syepka Patritsiya Novitska Tuliya Biçak |
![]() |
Tulia — slavyan folk musiqisi müasir üslubda ifa edən Polyak musiqi qrupu. Tulia 2017-ci ildə Polşanın Şetsin şəhərində qurulmuşdur. Qrupa Yoanna Sinkyeviç, Dominika Syepka, Patritsiya Novitska və qrupa adı verildiyi Tuliya Biçak daxildir. Onlar 2017-ci ildə ifa etdikləri Depeche Mode qrupunun "Enjoy the Silence" mahnısının YouTube-a əlavə olunmasından sonra Polşada şöhrət qazanmışdırlar.
2018-ci ildə qrupun Universal Music Poland leybl şirkəti ilə əməkdaşlığı nəticəsində Tulia adlı debüt albomu işıq üzü görmüşdür. Albomda müxtəlif Polşa və beynəlxalq ifaçıların mahnılarının folk versiyaları ilə yanaşı qrupun orijinal mahnıları da yer almışdır. Albomun Polşada 30,000-dən artıq nüsxəsi satılmışdır.
Tulia qrupu "Fire of Love (Pali się)" mahnısı ilə Polşanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1][2][3] Nəticədə qrup yarımfinal mərhələsində 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir.