Tupolev Tu-160

Tu-160
Туполев Ту-160
Tipi Strateji bombardmançı təyyarə
Hazırlayan Tupolev
İstehsalçı SSRİ / Rusiya Tupolev
Baş konstruktor Valentin Bliznuk
Dizayner Tupolev
İlk uçuş 18 dekabr 1981
İstismara verilmə tarixi 23 aprel 1987
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Buraxılış sayı 35 (27-si seriyalı istehsal, 8-i prototip)
Vahidinin qiyməti 250 milyon USD (1993-cü ildə)[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır.

  1. "В Саратовской области разбился стратегический бомбардировщик Ту-160". NEWSru. 18 sentyabr 2003. 2009-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  2. "929 ГЛИЦ МО". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne