Tutulma | |
---|---|
Eclipse | |
![]() | |
Müəllif | Stefani Mayer |
Janr | roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 7 avqust 2007 |
Seriya | Alatoran |
Nəşriyyat | Little, Brown and Company |
Səhifə | 629 |
Əvvəlki | Yeni Ay |
Sonrakı | Sübh |
ISBN | ISBN 978-0-316-16020-9 |
Tutulma (ing. Eclipse) — Tutulma ABŞ yazıçısı Stefani Mayerin müəllifi olduğu “Alatoran” romanlar seriyasından olan üçüncü romandır. Bu romanda Bella Svon və onun vampir sevgilisi Edvard Kallenin hekayəsi davam etdirilir. Romanda Bella Edvarda və canavar adam dostu olan Ceykoba qarşı olan hissləri arasında kompromis tapmağa çalışır, özünü yol ayrıcında qalmış kimi hiss edir, Sietldakı sirli vampir hücumlarının səbəbini anlamağa çalışır.
“Yeni Ay” romanının davamı olan “Tutuma”dakı hadisələr “Sübh” romanında davam etdirilir. 7 avqust 2007-ci ildə təqdim edilən roman ilkin olaraq bir milyon nüsxə ilə nəşr edilmiş,[1] və ilk 24 saat ərzində 150.000 nüsxə satılmışdır.[2] 2008-ci ilin ən çox satılan romanlarından biri olan “Tutulma”, “Alatoran” və “Yeni Ay”ın uğurunu davam etdirmişdir. Romanın film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir.[3]
Tənqidçilər romanın çazibədar və romantik olduğunu bildirmiş və sələflərindən fərqli olaraq əhatə etdiyi mövzulara daha yetkin yanaşma sərgilədiyi qeyd etmişlər. Yaxşı yazılmış sevgi üçbucağı, obrazların inkişafı, gözlənilməz və həyəcanlı sonluğu ilə roman daha çox müsbət rəylər almışdır.