Twice | |
---|---|
트와이스 | |
![]() | |
![]() | |
Əsas məlumatlar | |
Üslub | K-pop, pop musiqisi, J-pop[d] |
Ölkə | |
Leybl | JYP Entertainment[1], Republic Records[2] |
![]() |
Twice (kor. 트 와이스; yap. トゥワイス) — JYP Entertainment tərəfindən qurulmuş 9 nəfərdən ibarət Cənubi Koreyalı qız qrupu. Qrup üzvləri Nayeon, Conyon, Momo, Sana, Cihyo, Mina, Dahyun, Çeyonq və Tzuyudur.
"Twice" 2016-cı ildə çıxan "Cheer Up" sinqlı ilə şöhrət qazandı. Mahnı Gaon Digital Chart-da (가온 디지털 차트) birinci oldu və "İlin Ən Yaxşı Sinql" olaraq seçildi. Bu mahnı Melon Music Awards və Mnet Asian Music Awards -da "İlin Ən Yaxşı Mahnısı" mükafatlarını da qazandı.[3][4] Üçüncü EP "Twicecoaster: Lane 1"-dən sonrakı sinql "TT", dörd həftə birinci nömrədə qaldı. Bu EP, ilin sonuna qədər 350 nüsxə sataraq 2016-cı ilin ən az satılan K-Pop qız qrup albomu oldu. Debütdən sonra 19 ay ərzində Twice -in dörd EP və xüsusi albomları ümumilikdə 1 milyondan az nüsxə satdı. Warner Music Japan adı altında "#Twice" albomunu buraxaraq 28 İyun 2017-ci ildə Yaponiyada rəsmi olaraq debüt etdilər. Albom Oricon Albums Chart-da 20-ci yerdə çıxdı, yeddi gündə 136 nüsxə satdı və Yaponiyada son iki ilin "ən çox satılan K-Pop albomu" oldu. #Twice -dən sonra, oktyabr ayında "1 More Time" adlı ilk orijinal Yapon maxi sinqllarını buraxdılar. Twice, eyni ildə həm albom, həm də CD sinqlı üçün Yaponiya Səs Sənayesi Birliyindən (RIAJ) Platinum sertifikatı alan ilk Koreya qız qrupu oldu və 250.000 -dən çox nüsxə satdı. Billboard Yaponiyanın 2017-ci ilin sonu reytinqində iki dəfə üçüncü oldu.