Tyler, the Creator

Tyler, the Creator
Ümumi məlumatlar
Doğum adı Tyler Gregory Okonma
Ləqəbləri Ace the Creator, Gap Tooth T, Tyler Haley, Wolf Haley, Tyler, The Creator, Young N*gga, Morgan Freeman's son[1], ThickDickDaddy27[1], Toil[1], Mr. Turkey[1], Tyler Baudelaire, Bunny Hop
Doğum tarixi 6 mart 1991(1991-03-06) (33 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, musiqi videosu rejissoru[d], televiziya ulduzu[d], iş adamı, dəb dizayneri, vizual incəsənət rəssamı
Fəaliyyət illəri 2000-ci ildən
Janrlar Qərb Sahili hip-hopu[d], alternativ hip-hop, neo soul[d], hardkor hip-hop[d], horrorkor[d], müasir R&B[d], caz rep[d], bedrum pop[d]
Musiqi alətləri piano, gitara, zərb qurğusu[d]
Albom şirkətləri XL Recordings[d], Columbia Records, Sony Music, RED Music[d]
Üzvlüyü
İmzanın şəkli
golfwang.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tyler, the Creator (əsl adı: Tayler Qreqori Okonma; 6 mart 1991, Hotorn[d], Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[2]) — amerikalı repçi və musiqi prodüseri.[3] Odd Future musiqi qrupunun yaradıcılarından biridir. Okonma iki "Qremmi", üç "BET Hip Hop", bir "BRIT" və "MTV Video Music" mükafatı laureatıdır.[4]

Okonma 2009-cu ildə "Bastard" adlı ilk miksteypini yayımladı, o yazdığı sözlərlə medianın diqqətini üzərinə çəkdi. 2011-ci ildə buraxdığı debüt studiya albomu "Goblin" və albomun "Yonkers" sinqlı ona daha da böyük uğur qazandırdı. Okonma Odd Future qrupu ilə birlikdə bu müddət ərzində sürətlə populyarlaşmağa doğru getdi. Okonma 2013-cü ildə "Wolf" albomundan başlayaraq alternativ hip-hop üslubuna keçid etdi. Onun 2015-ci ildə yayımladığı "Cherry Bomb" albomu pərəstişkarları tərəfindən daha çox bəyənildi, tənqidçilər albomun caz melodiyalarını təriflədilər. 2017-ci ildə "Flower Boy", ardınca "Igor" və "Call Me If You Get Lost" albomlarını yayımlayaraq karyerasına davam etdi. Son iki buraxılışı Billboard hit-paradında birinci pilləyə yüksəlmiş, və hər ikisi ona "Qremmi" mükafatı qazandırmışdır.[5]

  1. 1 2 3 4 YouTube video.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #1037049306 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Rob Markman. "Odd Future Record Deal Is Complete, Manager Confirms". MTV. April 26, 2011. February 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2013.
  4. Schwartz, Danny. "Tyler the Creator's Surreal, Summery 'IGOR'". Rolling Stone (ingilis). 2019-05-20. May 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-11.
  5. "Tyler, the Creator Wins Best Rap Album for Call Me If You Get Lost at the 2022 Grammys". Pitchfork (ingilis). 2022-04-03. April 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne