UEFA Avro 1972

UEFA Avro 1972
50°38′25″ şm. e. 4°40′28″ ş. u.HGYO
Yarış məlumatları
Ev sahibi Belçika Belçika
Tarix 14–18 iyun 1972
Başlama tarixi 14 iyun 1972
Bitmə tarixi 18 iyun 1972
Komanda sayı 4
Yekun nəticəsi
Çempion  Almaniya
İkinci  SSRİ
Üçüncü yer  Belçika
Dördüncü yer  Macarıstan
Yarış statistikası
Oyun sayı 4
Qol sayı 10 (matç başına: 2.5)
Tamaşaçı sayı 121880 (matç başına: 30470)
Mükafat sahibləri
Bombardir(lər) Almaniya Gerd Müller (4 qol)
1968
1976
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UEFA Avro 1972 — final turniri 1972-ci il 14–18 iyun tarixində Belçikanın Brüssel, Lyej və Antverpen şəhərlərində keçirilən futbol yarışı.

Bu çempionatın qalibi adına AFR millisi layiq görülmüşdür. Finalda AFR SSRİ millisini 3 : 0 hesabı ilə məğlub etmişdir.

1/2 oyunları, üçüncü yer uğrunda oyun və final oyunu UEFA-nın əvvəlcədən elan etdiyi ölkədə — Belçikada oynanılmışdır. Belçika millisi bu çempionatda heç bir imtiyaza sahib deyildi və digər komandalar kimi turnirin seçmə mərhələsinə qatılmışdı.

Seçmə mərhələsi oyunlarından öncə pley-off sistemində qalibin müəyyən edilməsi ilə bağlı UEFA tərəfindən vacib qərar qəbul olunmuşdur. Bu qərardan sonra pley-off mərhələsində hər iki oyunun nəticəsinin cəminə görə (əlavə vaxt da nəzərə alınmaqla) qalibi müəyyənləşdirmək mümkün olmadıqda, püşkatma keçirilməsinə deyil, 11 metrlik cərimə zərbələri təyin edilməsinə başlanmışdır. Belə bir qərarın qəbuluna ilk növbədə UEFA Avro 1968-də SSRİ millisinin püşkatmadan (dəmir pul atmaq) sonra finala adlaya bilməməsi səbəb olmuşdur.

Eləcə də bu çempionatdan başlayaraq hər komandaya oyun ərzində iki oyunçu dəyişikliyi etməyə icazə verilmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne