UEFA Avro 1980 | |
---|---|
![]() | |
42°29′55″ şm. e. 12°30′04″ ş. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi |
![]() |
Tarix | 11-22 iyun 1980 |
Başlama tarixi | 11 iyun 1980 |
Bitmə tarixi | 22 iyun 1980 |
Komanda sayı | 8 |
Stadion sayı | 4 (4 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion |
![]() |
İkinci |
![]() |
Üçüncü yer |
![]() |
Dördüncü yer |
![]() |
Yarış statistikası | |
Oyun sayı | 14 |
Qol sayı | 27 (matç başına: 1.93) |
Tamaşaçı sayı | 345463 (matç başına: 24676) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
![]() |
← 1976 1984 → | |
![]() |
Futbol üzrə 6-cı Avropa çempionatı — 1980-ci il 11–22 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Əvvəlki Avropa çempionatlarından fərqli olaraq bu çempionatın final mərhələsində ilk dəfə 8 komanda iştirak etmişdir: seçmə mərhələnin 7 qalibi və turnirin ev sahibi olaraq İtaliya milli futbol komandası (ev sahibi komandaya bu imtiyaz da turnir tarixində ilk dəfə idi verilirdi). Çempionatın keçirilmə sxemi də dəyişmişdir: 8 komanda 2 yarımqrupa bölünmüşdür. Bu yarımqrupların qalibləri birbaşa finala vəsiqə qazanmışlar. İkinci yeri tutan komandalar isə üçüncü yer uğrunda keçirilən oyunda bürünc medalların taleyini müəyyənləşdirmişlər.
Ümumilikdə turnir çox da maraqlı keçməmiş, əsasən komandaların çoxunun ehtiyatlı oyun oynaması, aşağı məhsuldarlıq (oyun başına 1,93 qol), azarkeşlərin oyunlara marağının aşağı səviyyəsi, eləcə də ingilis azarkeşlərin tribunalarda səbəb olduqları qarışıqlıqlar ilə yadda qalmışdır.