UEFA Avro 1984 | |
---|---|
46°59′49″ şm. e. 2°00′08″ ş. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | Fransa |
Tarix | 12-27 iyun 1984 |
Başlama tarixi | 12 iyun 1984 |
Bitmə tarixi | 27 iyun 1984 |
Komanda sayı | 8 |
Stadion sayı |
Park de Prens (Paris) Feliks Bollar (Lans) Stad de Jerlan (Lion) Velodrom (Marsel) Bojuar (Nant) Joffrua Gişar (Sent-Etyen) La Meno (Strasburq) |
Yekun nəticəsi | |
Çempion | Fransa |
İkinci | İspaniya |
Üçüncü yer |
Portuqaliya Danimarka |
Yarış statistikası | |
Oyun sayı | 15 |
Qol sayı | 41 (matç başına: 2.73) |
Tamaşaçı sayı | 599669 (matç başına: 39978) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Mişel Platini (9 qol) |
← 1980 1988 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Futbol üzrə 7-ci Avropa çempionatı — final turniri 1984-cü il 12-27 iyun tarixində Fransanın yeddi şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. Fransa millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın qalibi də elə Fransa millisi olmuşdur.
Əvvəlkilərlə müqayisədə bu çempionatın keçirilmə sxemində bəzi dəyişikliklər edilmişdir: 8 komanda yenə də əvvəlki kimi iki qrupda mübarizə aparsa da, bu qruplarda ilk iki yeri tutan komandalar sonradan öz aralarında 1/2 oyunları keçirmişlər. Bu çempionatdan etibarən üçüncü yer uğrunda oyun da ləğv edilmişdir.
Çempionat, tarixində ilk dəfə beynəlxalq turnirin qalibi adını qazanmış Fransa millisinin ("Muşketyorlar yığması") və 5 oyunda rəqiblərinin qapısından 9 qol keçirmiş Mişel Platininin benefisi olmuşdur.