UEFA Avro 1996 | |
---|---|
51°33′02″ şm. e. 0°16′28″ q. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | İngiltərə |
Tarix | 8-30 iyun 1992 |
Başlama tarixi | 8 iyun 1996 |
Bitmə tarixi | 30 iyun 1996 |
Komanda sayı | 16 |
Stadion sayı | Uembli (London), Old Trafford (Mançester), Enfild (Liverpul), Villa Park (Birminhem), Elland Roud (Lids), Hillsboro (Şeffild), Sent-Ceyms Park (Nyukasl), Siti Qraund (Nottingem) |
Yekun nəticəsi | |
Çempion | Almaniya |
İkinci | Çexiya |
Üçüncü yer |
İngiltərə Fransa |
Yarış statistikası | |
Oyun sayı | 31 |
Qol sayı | 64 (matç başına: 2.06) |
Tamaşaçı sayı | 1275857 (matç başına: 41157) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Alan Şirer (5 qol) |
Ən yaxşı oyunçu | Matias Zammer |
← 1992 2000 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı.
İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır.
Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur.
Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur. Bu, Almaniya yığmasının Avropa çempionatları tarixində üçüncü uğuru idi.
Çempionatın rəsmi himni Simple Red qrupunun "We're in This Together" mahnısı olmuşdur. We're in This Together — YouTube platformasında