UEFA Avro 1988

UEFA Avro 1988
50°44′25″ şm. e. 7°05′48″ ş. u.HGYO
Yarış məlumatları
Ev sahibi Almaniya Almaniya
Tarix 10-25 iyun 1988
Başlama tarixi 10 iyun 1988
Bitmə tarixi 25 iyun 1988
Komanda sayı 8
Stadion sayı Folksparkştadion (Hamburq), Niderzaxsenştadion (Hannover), Parkştadion (Helzenkirxen), Münhersdorfer (Köln), "Olimpiaştadion" (Münhen), Valdştadion (Frankfurt-Mayn), Nekarştadion (Ştutqart), Raynştadion (Düsseldorf)
Yekun nəticəsi
Çempion  Niderland
İkinci  SSRİ
Üçüncü yer  Almaniya
 İtaliya
Yarış statistikası
Oyun sayı 15
Qol sayı 34 (matç başına: 2.27)
Tamaşaçı sayı 599669 (matç başına: 39978)
Mükafat sahibləri
Bombardir(lər) Niderland Marko van Basten (5 qol)
1984
1992
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 8-ci Avropa çempionatı — final turniri 1988-ci il 10-25 iyun tarixində Almaniya Federativ Respiblikasının səkkiz şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. AFR millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır.

Çempionatın keçirilmə sxemi dəyişməmişdir: komandalar iki qrupa bölünərək mübarizə aparmış, hər qrupda ilk iki yeri tutan komanda 1/2 finala vəsiqə qazanmışdır.

Avropa çempionu adına Niderland millisi layiq görülmüşdür. Final oyununda Niderland millisinin oyunçusu Rud Qullit və çempionatın bombardiri Marko van Basten SSRİ millisinin qapısından iki cavabsız top keçirmişlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne