Ueyn Runi

Ueyn Runi
ing. Wayne Rooney
Ümumi məlumatlar
Doğum tarixi 24 oktyabr 1985(1985-10-24)[1] (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 176 sm
Çəkisi 83 kq
Mövqeyi hücumçu, mərkəzi yarımmüdafiəçisi[d]
Karyerası
Gənclik karyerası
1996 İngiltərə Liverpul Skulboys
1996—2002 İngiltərə Everton
Klub karyerası[* 1]
2002—2004  İngiltərə Everton 67 (15)
2004—2017 İngiltərə Mançester Yunayted 393 (183)
2017—2018 İngiltərə Everton 31 (10)
2018—2019 İngiltərə Di Si Yunayted 48 (23)
2020—2021 İngiltərə Derbi Kaunti 30 (6)
Milli yığma[* 2]
2000—2001 İngiltərə İngiltərə U-16 4 (2)
2001—2002 İngiltərə İngiltərə U-17 12 (7)
2002 İngiltərə İngiltərə U-19 1 (0)
2003—2018 İngiltərə İngiltərə 129 (53)
Məşqçisi olduğu klublar [* 3]
2020—2022 İngiltərə Derbi Kaunti
2022—2023 İngiltərə Di Si Yunayted
2023—2024 İngiltərə Birminhem Siti
2024 İngiltərə Plimat Arqayl

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  3. 31 dekabr 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ueyn Mark Runi (ing. Wayne Mark Rooney; 24 oktyabr 1985[1], Liverpul) — ingilis professional futbol baş məşqçisi və keçmiş futbolçu.

Runi, futbola 10 yaşındaykən Liverpool Schoolboys adındakı yerli bir klubda başladı. 1996-cı ildən 2002-ci ilə qədər karyerasına Everton-un futbol məktəbində davam etdi. 2002-ci ildə ilk peşəkar matçına çıxdı. 17-ci doğum günündən 5 gün öncə Premyer Liqada atdığı ilk qol, onu liqa tarixində qol atan ən gənc futbolçu etdi. Qısa zamanda komandasının dəyişilməz oyunçularından oldu və klubu ilə 2 sezon keçirdi. 2004–05 sezonu başlamadan öncə Mançester Yunaytedə 25.6 milyon £ qarşılığında transfer oldu. Mançester Yunayted forması ilə beş Premyer Liqa, bir UEFA Çempionlar Liqası, iki İngiltərə Liqa Kuboku, üç FA Community Shiled və bir Dünya Klublar Kuboku çempionluğu ilə bərabər həmçinin iki dəfə Premyer Liqa və Çempionlar Liqası ikinciliyi qazandı. Sentyabr 2013-də Mançester Yunayted formas ilə oynadığı rəsmi matçlarda atdığı qol sayı 200-ü keçdi və bu səddi keçən dördüncü oyunçu oldu. Rooney eyni zamanda klub tarixinin ən çox qol atan 3-cü futbolçusdur.

İngiltərə milli futbol komandası forması ilə ilk maçına 2003-cü ildə çıxan Runi, milli komanda forması geyən (bu ünvan daha sonra Teo Uolkott-a keçdi) və milli komandada qol atan ən gənc futbolçu oldu. 20042006 ilə 2010Futbol üzrə dünya çempionatı 2014-də forma geydi. 2004 Avropa Futbol Çempionatında İsveçrə-yə atdığı iki qol ilə Avropa Futbol Çempionatı tarixində qol atan ən gənc futbolçu. (sonradan bu ünvan eyni turnirdə Yohan Vonlanten-in əlinə keçdi). Xüsusilə Mançester Yunayteddəki performansı ilə başda Bravo Mükafatı, İngiltərədə İlin Futbolçusu, Barclays Sezon Oyunçusu, İngiltərədə Azarkeşlərin Oyunçusu, Futbol Yazarları Dərnəyi İlin Futbolçusu və Ser Mett Bazbi İlin oyunçusu olmaq üzrə müxtəlif futbol mükafatları qazandı. Premyer Liqada Ayın Oyunçusu mmükafatını toplamda 5-dəfə qazanaraq, 6 dəfə qazanan Stiven Cerard-dan sonra Robin van Persi ilə birlikdə mükafatı ən çox alan ikinci oyunçududur.

  1. 1 2 https://www.premierleague.com/players/2064/Wayne-Rooney/overview.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne