Əyalət mərkəzi, Şəhər | |
Uhan | |
---|---|
武汉市 | |
30°35′ şm. e. 114°17′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Region | Şərqi Asiya |
Rayon | Hubey |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə. 1500 |
Sahəsi | 8.494,41 km² |
Mərkəzin hündürlüyü | 37 m |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 19 milyon[1] nəfər (2015) |
Milli tərkibi | Han xalqı |
Rəsmi dili | Çincə |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 430000 |
Nəqliyyat kodu | 鄂A |
Digər | |
武汉政府门户网站 (Uhan Dövlət Veb Portalı) | |
Vikianbarda əlaqəli mediafayllar |
Uhan[2][3][4] və ya Uxan[5][6] (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir.[7]
Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır.[7]