Ukraynafobiya (ukr. Українофобія) — Ukraynaya, ukraynalılara qarşı düşmənçilik, qərəzli, şübhəli, düşmən münasibətdir[1]. Bir növ ksenofobiya kimi, o, xüsusilə təhqiredici etnonimlərdən istifadədə, ukraynalılara müəyyən mənfi xüsusiyyətlərin stereotipik aid edilməsində özünü göstərir[2]. Ukraynalılara qarşı düşmənçiliyin ən məşhur formalarından biri aşağılayıcı “Xoxol” ləqəbindən istifadə etməkdir[3].