Ulpiana — Qədim Roma şəhəri.[1][2] İndiki Kosovoda yerləşir. Ulpiana Liplan bələdiyyəsinin tərkibindədir. Şəhər coğrafiyaşünas Strabonun əsərlərində “köhnə şəhər” adı ilə xatırlanır. Ulpiana imperator Mark Ulpius Trayanın şərəfinə adlandırılmışdır. Ulpiana yaxınlığında çoxlu gümüş mədənləri yerləşirdi.[3]
↑Goldsworthy, Adrian Keith; Haynes, Ian; Adams, Colin E. P. The Roman army as a community. Journal of Roman Archaeology. 1997. səh. 100. ISBN1887829342.