Ultraviolence | ||||
---|---|---|---|---|
Lana Del Rey tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 13 iyun 2014 | |||
Yazılma tarixi | 2013–2014 | |||
Janr | trip hop[d], barokko-pop[d], psixodelik rok, drim-pop[d] | |||
Müddət | 51:24 | |||
Dil | ingilis dili | |||
Prodüser |
|
|||
Lana Del Rey albomlarının xronologiyası | ||||
|
Ultraviolence — amerikalı müğənni Lana Del Reyin üçüncü studiya albomu. 13 iyun 2014-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Lana ilk böyük uğuru olan "Born to Die"dan sonra başqa bir albom buraxmaq istəmədiyini demişdi, lakin 2013-cü ildə fikrini dəyişdi və yeni albomu üçün planlar qurmağa başladı. Albomun hazırlanması The Black Keys qrupunun üzvü Den Auerbaxın iştirakı ilə 2014-cü ilə qədər davam etmişdir. "Ultraviolence" Lananın əvvəlki işlərindən fərqli olaraq daha çox gitara əsaslı səsə malikdir.[1]
Albom musiqi tənqidçilərindən müsbət rəylərlə qarşılandı. Albomdakı mahnıların sözləri, musiqisi və Lana Del Reyin ifaları tərifləndi. Albom buraxıldığı ilk həftədə çoxlu nüsxə satdı və bir çox ölkədə yaxşı nəticə göstərdi. Albom həmçinin bir çox musiqi nəşrləri tərəfindən ilin və onilliyin ən yaxşı albomlarından biri olaraq seçildi.
Albomu tanıtmaq üçün "West Coast", "Shades of Cool", "Ultraviolence", "Brooklyn Baby" və "Black Beauty" adlı beş sinql buraxılıb. Lana 2015-ci ilin may ayında albomu dəstəkləmək üçün "The Endless Summer Tour" konsert turuna çıxdı. Bu konsertlərdə Kortni Lov və Qrayms da iştirak etdi. Konsert turu 7 may 2015-ci ildə başlayıb və 16 iyun 2015-ci ildə başa çatıb.