V Ceyms

V Ceyms
şot.kelt Seumas V Alba
ing. James V of Scotland
9 sentyabr 1513 – 14 dekabr 1542
ƏvvəlkiIV Ceyms
SonrakıMariya Stüart
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1512
Vəfat tarixi 14 dekabr 1542 (30 yaşında)
Dəfn yeri
Fəaliyyəti şair, əsilzadə
Atası IV Ceyms (Şotlandiya kralı)[2]
Anası Marqarita Tüdor[1]
Həyat yoldaşları
Uşaqları
Ailəsi Stüartlar
Dini katolisizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Ceyms (ing. James V of Scotland; 10 aprel 151214 dekabr 1542) — Şotlandiya kralı.

Atasının 1513-cü ildə ingilislərlə döyüşdə öldürülməsinin ardından hələ 1 yaşında ikən Şotlandiya kralı elan olundu. Təkbaşına hakimiyyəti ələ aldığı 1528-ci ilədək hakimiyyət anası Marqarita Tüdor və taxt naibi olan digər əsilzadələrin əlində oldu. Protestantlıq Şotlandiyada məhz onun səltənətində yayılmağa başladı. Digər yandan İngiltərə kralı olan dayısı VIII Henrinin 1530-cu illərdə Roma-Katolik kilsəsiylə bütün münasibətləri kəsməsi nəticəsində Şotlandiya Roma papasının bölgədəki tək dəstəkçisi oldu. 1537-ci ildə Roma papası III Paul tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı.

Qazandığı siyasi nüfuz səbəbilə ard-arda 2 fransız əsilzadəsiylə evləndi. Məşuqələrindən doğulan çoxsaylı nigahdan kənar övladının olmasına baxmayaraq, rəsmi nigahlarından yalnız bir qızı dünyaya gəldi. İngilislərlə döyüş meydanında həlak olmasının ardından 1542-ci ilin dekabrında cəmi 6 günlük olan yeganə qızı Mariya Stüart Şotlandiya kraliçası oldu.

  1. 1 2 3 4 5 6 7 Kindred Britain.
  2. 1 2 3 4 Catalog of the German National Library (alm.).
  3. 1 2 http://genealogy.euweb.cz/lorraine/lorraine6.html.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne