Vanderbilt Universiteti | |
---|---|
36°08′51″ şm. e. 86°48′09″ q. u.HGYO | |
Əsası qoyulub | 1873 |
Tələbə sayı | 12.093, 12.962[1] |
Ölkə | |
Sayt | vanderbilt.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Vanderbilt Universiteti — ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində özəl tədqiqat universiteti.
Universitet "R1: Doktorantura — Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Vanderbilt Universitetində bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verilir.[3]
Universitet 10 məktəbdən ibarətdir və ABŞ və 70 xarici ölkədən təxminən 13,800 tələbə qəbul edir.[4][5]
Vanderbilt məzunları, professor-müəllim heyəti ABŞ Konqresinin 54 hazırkı və keçmiş üzvü, 18 ABŞ səfiri, 13 qubernator, 8 Nobel mükafatçısı, ABŞ-ın 2 vitse-prezidenti və 2 ABŞ Ali Məhkəməsinin hakimi daxildir. Digər görkəmli məzunlar arasında 3 Pulitzer Mükafatı qalibi, 27 Rodos Alimi, 2 "Oskar" mükafatı qalibi, 1 Qremmi Mükafatı qalibi, 6 MacArtur Təqaüdçüsü, 4 xarici dövlət başçısı və 5 Olimpiya mükafatçısı var. Dünyada universitetin 40 məzun klubu yaradılıb.[6]