Fikrət Əmirov tərəfindən bəstələnmiş Gülüstan-Bayatı-Şirazsimfonik muğamı ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir.
Faberje Evi tərəfindən 1885-1917-cı illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
Sonsuz düyüm (şəkildə) işarəsinin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir.
Otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir və ilk dəfə 1600-cü ildə naməlum müəllif tərəfindən külliyyat şəkilinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.
Yazıçı Rüstəm İbrahimbəyovun "Ad günü" və "Ezamiyyət" hekayələri üzrə ekranlaşdırılmış Ad günü filminə 1980-ci ildə Azərbaycan Dövlət Mükafatı verilmişdir.
Cakomo Puççininin Karlo Qotsinin eyniadlı pyesi əsasında yazdığı Turandot opera əsərinin orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki slavyan gözəlinin hekayəsindən götürülmüşdür.
Müasir dövrdə Mamont mağara sisteminin labirint kimi bir-biri ilə bağlanan mağaralardan ibarət olduğu və ümumi uzunluğunun 640 km olduğu hesab edilir.
Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi Harri Potter və Fəlsəfə Daşı romanı da bəzi dini qrupların hücumlarına məruz qalmış, cadugərliyi təbliğ etməsi iddiası ilə bəzi ölkələrdə qadağan olunmuşdur. Lakin, bəzi xristian alimləri romanın özünə inam və özünü inkişaf etdirmə kimi xristian dəyərlərini təbliğ etdiyini bildirmişlər.
Praqa qəsrinin ərazisində yerləşən Qızıl küçəyə (şəkildə) daxil olan ziyarətçilər həyatın inkişafını əks etdirən unikal ekspozisiya yaradılmış 16 evdən 9-nu tədqiq və ziyarət edə bilərlər.
Prince of Persia: The Sands of Time oyununda olan saundtreklər rok ilə hind musiqilərinin qarışığını ifa edən, hal-hazırda fəaliyyət göstərməyən Kanadanın "The Tea Party" musiqi qrupunun əsasını qoyanlardan biri Stüart Çetvud tərəfindən hazırlanmışdır.
Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən və 1410-cu ildə quraşdırılmış astronomik saat dünyanın üç ən qədim saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.
Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən Üsturlab cihazı tarixi mənbələrə görə ilk dəfə olaraq Eratosfen tərəfindən b.e.ə.250-ci ildə düzəldilmişdir.
Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli Nabukko operasının librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır.
1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-ın Men ştatından olan Samanta Smitin xatirəsinə hər il iyun ayının ilk bazar ertəsi Men ştatında Samanta Smit günü kimi qeyd edilir.
Sankt-Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan ikimərtəbəli I Pyotrun Yay sarayı on dörd otaqdan və iki mətbəxdən ibarətdir.
Əmək adamlarını təsvir edən rəssam kimi də tanınan Ferdinand Hodlerin 1910-cu ildə çəkdiyi "Odunçu" adlı rəsm əsəri bir il sonra – 1911-ci ildə buraxılmış nominal dəyərli 50 İsveçrə frankı (şəkildə) olan əsginaslarda çap olunmuşdur.
2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində Qayınana filmindən fraqmentlər yer alıb.
Bürünc altı heykəlinin pyedastalı kimi istifadə olunmuş "Şimşək daş" adıyla tanınan nəhəng qaya parçası 1768-ci ildə Fin körfəzindən 6 km (3.7 mil) aralıda yerləşən tarixi Laxta rayonu ərazisində aşkarlanmışdır.
Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün Osman Hamdi Beyin çəkdiyi Tısbağa tərbiyəçisi (şəkildə) adlı rəsm əsəri 2004-cü ildə 3,5 milyon dollara (5 trilyon TL) satılmışdır.