Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiya əsasında yaradılmış Miniatür Kitab Muzeyi (şəkildə bəzi eksponantlar) dünyada ilk özəl miniatür kitab muzeyidir.
17 oktyabr1814-cü ildə Londonda"Meux and Company" pivə zavoduna məxsus bir pivə sisternin partlaması nəticəsində ümumilikdə 1470 m³-dan çox pivə küçələrə dağılmış və bu hadisə tarixə London pivə seli adı ilə düşmüşdür.
1998-ci ildə "Azanfilm" studiyasında çəkilmiş "Şopenin qayıdışı" sənədli filmi Yuzef Qoslavskinin tikdiyi binalara həsr olunmuşdur.
Manqaka Sakae Esuno tərəfindən yazılmış Future Diarymanqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir.
Balıq əti və dəniz məhsullarından başqa ət yeməyən insanları bildirmək üçün istifadə olunan pesketarian termini 1990-cı illərdə iki sözün (it.pesce — balıq və ing.vegetarian) birləşməsindən yaranmışdır.
Fikrət Əmirov tərəfindən bəstələnmiş Gülüstan-Bayatı-Şirazsimfonik muğamı ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir.
Faberje Evi tərəfindən 1885-1917-cı illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
Sonsuz düyüm (şəkildə) işarəsinin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir.
Otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir və ilk dəfə 1600-cü ildə naməlum müəllif tərəfindən külliyyat şəkilinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.
Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var
Pioner proqramına daxil olan Pioner 10 və Pioner 11 zondları bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar.
Peşəkar İT mühəndislərdən biri olan Devid Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır.
Reqressiya analizinin məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır.