2024-cü ildə "Tokio Simpatiya Qülləsi" romanına görə Akutaqava mükafatının qalibi olmuş Yaponiya yazıçısı Rie Kudan(şəkildə) romanın 5%-lik hissəsini süni intellektin köməyi ilə yazdığını bildirmişdir.
1967-ci ildə Altıgünlük müharibə zamanı İsrail Fələstin bayrağından istifadəyə qadağa qoyduğu üçün qarpız fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvola çevrilmişdir.
Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunan Seyci Ozava 1973–2002-ci illərdə Boston Simfonik Orkestrının dirijorluğunu etmiş və orkestr tarixində ən uzunmüddətli dirijor olmuşdur.
Azərbaycanda yerləşən ilk və yeganə neon muzeyi olan Neon Sənət Muzeyi yaradılarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur.
HindistanınUttar-Pradeş ştatından olan aktivist Lal Bihari 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır.
Yunanıstanın Kefaliniya adasında yerləşən Droqarati mağarası(şəkildə) xüsusi akustikasına görə bəzən konsertlər üçün istifadə olunur.
Yaponiyanın Fukuşima şəhərində yerləşən Senqanmori dağı piramida formasında olduğu üçün yadplanetlilər tərəfindən tikilmiş antik piramida olduğu və dağın altında yadplanetlilərin bazası yerləşdiyi iddia olunur.
1863–1864-cü illərdə yaradılmış Bakı Erməni Xeyriyyə Cəmiyyəti Qafqazda ilk xeyriyyə təşkilatı olmaqla yanaşı, 1870-ci ildə Bakıdakı ilk kitabxana və nəşriyyat evinin əsasını qoymuşdur.
Yaponiyanın Kioto prefekturasınınYavata şəhərində yerləşən Hiko məbədi aviasiya qəzası qurbanlarına həsr olunmuşdur və "Yaponiya aviasiyasının atası" hesab olunan Çuhaçi Ninomiya tərəfindən 1915-ci ildə yaradılmışdır.
"Yaponiya raketçiliyinin atası" hesab olunan Hideo İtokava(şəkildə) 1955-ci ildə Yaponiyanın bərk yanacaqla işləyən ilk raketini hazırladığı üçün "Doktor Raket" ləqəbini qazanmışdır.
2014-cü ildə əsası qoyulmuş San-Marino məbədi Avropada yerləşən ilk və yeganə rəsmi şintoist məbədi olmaq xüsusiyyətini daşıyır.
Cənubi afrikalı Sandra Leynq ağdərili ailədə doğulmasına baxmayaraq, 1966-cı ildə karandaş testini keçə bilmədiyi üçün CAR hökuməti tərəfindən doğum irqi ağdan rəngliyə dəyişdirilmişdir.
Finlandiyanın "Hanoi Rocks" qrupunun adı Hanoyda hazırlanan "Hanoy qayası" adlı çəhrayı rəngli heroin növündən götürülmüşdür.
Tokio şəhərində yerləşən Nişirokuqo parkındakı heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı kimi tanınır və parkın girişində şinlərdən hazırlanmış Qodzilla heykəli yerləşir.
Şotland mühəndis Riçard Henri Branton(şəkildə) 1868–1876-cı illərdə Yaponiyadakı ilk müasir mayakları tikdirdiyi üçün "Yaponiya mayaklarının atası" kimi, tikdirdiyi mayaklar isə "Brantonun uşaqları" kimi tanınır.
Bakı şəhərində yerləşən Şanxay qəsəbəsi öz adını Hacı Salman adlı yerli sakinin ÇininŞanxay şəhərinə səyahət etməsi səbəbilə almışdır.
İslandiyanın buzlaq statusunu itirmiş ilk buzlağı, 2014-cü ildə "ölü buzlaq" elan olunmuş Okyyokyudl haqqında 2018-ci ildə "Ok deyil" adlı sənədli film çəkilmişdir.
Yerli əfsanələrdə Nuh peyğəmbərinNaxçıvanda duz mədənində ilk çalışanlardan biri olduğu və şəhər əhalisinə duz çıxartmağı öyrətdiyi qeyd olunduğu üçün Naxçıvan Duz Muzeyinin mərkəzində Nuh peyğəmbərin heykəli qoyulmuşdur.
Volapük dili ilə tanış olmuş ilk yapon şəxs və Yaponiyanın ilk esperantoçusu hesab olunan Oka Asaciro həmin dillərdən təsirlənərək öz süni dilini – zilenqo dilini yaratmışdır.