KanadanınManitoba əyalətinin Çörçill şəhərində ağ ayıları üçün həbsxana mövcuddur. Əvvəllər təyyarə anqarı olmuş tikili oktyabr və noyabr aylarında şəhərdən keçərkən evlərə soxulan və yemək oğurlayan ağ ayılar üçün həbsxanaya çevrilib. Ayıların sayı qış miqrasiyası dövründə iki dəfə artır və bu da şəhər əhalisinin qış aylarında kəskin azalmasına səbəb olur.
Mexiko şəhəri qədim astek şəhəri olan Tenoçtitlan şəhərinin üzərində qurulub və genişlənmişdir. Öz növbəsində Tenoçtitlanda eyni adlı və göl kənarında yerləşmiş digər bir qədim şəhərin ümumi planı üzərinə qurulmuşdu ki, bu da şəhərin yavaş yavaş batmağına səbəb olurdu.
Meksikanın 34-cü prezidenti olmuş Pedro Laskurain tarixə ən qısa müddət prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Müxtəlif mənbələrdə prezidentlik müddətinin 15–56 dəqiqə arasında davam etdiyi göstərilir.
1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, əslən Qazax rayonundan olan alim, biologiya elmləri doktoru və professor Fikrət AbdullayevMeksikadaEksperimental onkologiya laboratoriyasının rəhbəri vəzifəsində çalışmış 2000-ci ildən etibarən isə Meksika Elmlər Akademiyasının akademiki seçilmişdir.
2012-ci ilin 2 fevral tarixində Meksika Senatı Xocalı soyqırımının rəsmən tanınması ilə bağlı qərar qəbul edib. Həmin ilin avqust ayında isə ölkə paytaxtı Mexiko şəhərindəki Tlakskoake–Xocalı meydanında soyqırımla bağlı abidə yerləşdirilib.
1971-1979-cu illərdə Uqandanı idarə etmiş İdi Aminin hakimiyyəti zamanı 500 minə yaxın insan həlak olmuşdur. Amin, daha çox kannibalizm iddiaları ilə məşhurluq qazanmışdır.
1903-cü ildə Böyük Britaniyada müstəmləkələrlə bağlı məsələlərlə məşğul olan dövlət xadimi Yozef Çemberlin tərəfindən Uqanda planı adlı lahiyə irəli sürülür. Plana əsasən Rusiya imperiyası və Avropada yaşayan yəhudilər indiki Keniya ərazisində yerləşən Mau platasında xüsusi olaraq ayrılmış 13.000 km² əraziyə köçürülməli və onlara burada dövlət yaradılmalı idi.
Vikipediya məqalələrindən Çili haqqında məlumatlar...
Çilinin 3.600 km qərbində yerləşən və ölkəyə məxsus olan Pasxa adasındakıMoai daş heykəllərinin hündürlüyü 20 metrəyə çatır. Heykəllərin kim tərəfindən, nə zaman və hansı məqsədlərlə hazırlandığı hələ də naməlum olaraq qalmaqdadır.
Çilidəyer kürəsinin ən yüksək dağ göllərindən biri olan Çunqara gölü yerləşir. Dəniz səviyyəsindən onun hamar səthinə qədər olan məsafə — 4570 metr təşkil etməkdədir. Gölün özündə və sahillərində 130-dan çox heyvan və bitki növü yaşamaqdadır.
Dünyada seçkilər vasitəsi ilə hakimiyyətə qəlmiş ilk marksist prezident olan Salvador Alyende1974-cü ildə hərbçi Auqusto Pinoçet tərəfindən hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılmışdır. Hərbi çevriliş nəticəsində 4 min nəfər edam edilmiş, minlərlə şəxs işgəncələrə məruz qalmış və bir milyona yaxın ölkə vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Çilidə 105.000 km² ərazini əhatə edən Atakama səhrası yer kürəsinin ən quraq yerlərindən biridir. Burada 400 il ərzində əhəmiyyətli yağıntılar düşməyib. Alimlər müəyyən ediblər ki, təxminən 120.000 il əvvəl Atakamadan çaylar keçib, lakin sonralar quruyub və bu da ərazinin səhralaşmasına gətirib çıxarıb. Məşhur inancın əksinə olaraq, səhra tamamilə Çiliyə aid deyil. Onun bir hissəsi Perudadır.
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsini populyarlaşdırmış missioner Nikolas Makleod on illərlə "əsl israilliləri axtarmaqla" məşğul olmuş, nəzəriyyəsinin doğruluğuna sübut kimi İmperator Cimmu ilə Musa arasında bənzərlikləri, bəzi yaponlarda yəhudilərə xas üz cizgilərinin olmasını və şintoizmləiudaizm arasındakı oxşarlıqları göstərmişdir.
Edo dövrünün Yaponiyasında müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər, buna görə də noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu.