Moai heykəllərinin orta ağırlığı 25 tondur. Heykəllərin yerləşdiyi Pasxa adasında heç vaxt kütləvi insan yaşayışı mövcud olmayıb. Sivilizasiyanın mövcud olmadığı adada mindən artıq heykəllin kim tərəfindən, hansı məqsədlə və nə zaman inşa edildiyi bu gündə məlum deyil.
Böyük Britaniyanın BP neft şirkəti il ərzində dövlət büdcəsinə 6 milyard funt-sterlinq ($10 milyard) vergi verir.
Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1907-ci ildə Bakıda Azərbaycan dilində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.
Dünyada şəhər əhalisinin ən az faizi Nepaldadır. Orada əhalinin cəmi 14 % şəhərdə yaşayır.
Fransada xaricilər üçün də daxil olmaqla həm orta, həm də ali təhsil pulsuzdur.
Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4000 illik yazılı tarixə sahibdir.
Roma sivilizasiyası dövründə dairə və ya ellips formalı, yüksələn tribunalardan ibarət bir tikili olan amfiteatrdan qladiator və vəhşi heyvan oyunları üçün istifadə edilirdi.
Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim Pazırıq xalısıErmitaj muzeyində saxlanılır.