Azərbaycan yazıçısı Şıxəli Qurbanov(şəkildə)1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olsa da, bir aydan sonra Sovet hakimiyyəti tərəfindən qətlə yetirilmişdir.
Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin ilk sevgilisi Gəncəli İbrahim xanın qızı Noxbikə idi.
Qrenlandiyanın adı iki dan sözündən - "grøn" (yaşıl) və "land" (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir.
Rəssam Everett Şinnin həyatının böyük hissəsi mətbuat orqanları ilə bağlı olmuşdur.
1870-ci ildə Fransa–Prussiya müharibəsinin başlaması ilə əlaqədar 30 yaşlı heykəltəraş Ogüst Roden(şəkildə) Milli Qvardiya polkuna səfərbər edilmiş, kapral rütbəsinə qədər yüksəlməyi bacarmışdır.
Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı Arximed Roma əsgərləri ilə aralarında düşən mübahisədən sonra öldürülmüşdür.
1066-cı ildə baş vermiş Qranada qətliamı nəticəsindən 4 mindən çox yəhudi öldürülmüşdür. Hadisələr kral sarayında vəzir kimi çalışan Yozef ibn Naqrelanın öldürülməsindən sonra başlamışdır.
Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmiş "Gilan qızı" filmində 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.
Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
Məskulaşma olmayan Staff adasında yerləşən Fingal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı Yana Batırşina Olimpiya Oyunlarının gümüş mükafatçısı olmaqla yanaşı, yeddiqat dünya və beşqat Avropa çempionudur.