Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Vikipediya etiketi — bir istifadəçinin digər istifadəçilərlə necə davranmalı olduğu barədə qaydalardır. Vikipediya rəngarəng auditoriyaya malikdir və hər cür baxış və mövqelərə malik istifadəçilərlə zəngindir. Ona görə də istifadəçilərin bir-biri ilə davranışı bu harmoniyanı qoruyub saxlamağın ən başlıca üsuludur.