Səhifənin qısa məzmunu: Redaktələri əlaqəsiz bloklar və təhlükəsizlik divarları tərəfindən pozulan yaxşı redaktorlar digər şəkildə bloklanmış IP ünvanında redaktə etmə imkanı verən IPBAO icazəsini tələb edə bilər. Hüquq etibarlı istifadəçilərə verilir və narahatçılıq yarandıqda yaxud artıq ehtiyac qalmadıqda qaldırıla bilər. IP ünvanınızın blokdan azad edilməsini tələb etmək üçün vəziyyətə görə bu seçimlərdən birini edin: Vikipediya:İnzibatçılara müraciət səhifəsinə müraciət edin, inzibatçılardan birinə müraciət edin. Əgər bloklar səbəbilə bunların ikisi də mümkün olmazsa, ya müzakirə səhifənizdə {{bloku aç}} şablonundan istifadə edin (hansı ki, orası hər zaman açıq olacaq) ya da inzibatçılardan biri ilə e-poçt vasitəsilə əlaqə qurun və durumu izah edin. E-poçtu belə göndərə bilərsiniz: buraya daxil olun və bu siyahıdan gördüyünüz bir inzibatçının adını daxil edərək ona yazın. Yaxud info-azwikimedia.org ünvanına e-poçt göndərin. Əgər siz VPN və anonim proksidən istifadə etməklə redaktələr edəcəksinizsə, o zaman sorğunuzu dəyərləndirilməsi üçün VP:IPN səhifəsinə təqdim edin. |
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Normalda IP ünvanlarının və ya diapazonlarının uzunmüddətli blokları daxil olmuş redaktorlara təsir göstərməz. Lakin pozulmanın qarşısını almaq üçün avtoblok və/və ya sərt bloklar tətbiq etməklə həm anonim, həm də daxil olmuş istifadəçiləri bloklamağa ehtiyac yarana bilər.
İnzibatçılar və botlar həmişə belə bloklardan azaddırlar (Tor blokları istisna olmaqla[a]). Digər redaktorlar keçərli səbəb göstərdikləri hallarda, bu blokdan azad olmaq üçün IP ünvan blokundan azad olma hüququnu tələb edə bilərlər.
IPBAO hüququ istifadəçinin normalda bir səhvi olmadığı hallarda bloklanacaq və ya artıq bloklanmış bir IP ünvanı vasitəsilə kəsintisiz redaktələr etməsinə imkan verir. Həmçinin ehtiyac duyduğunda və istifadəçinin bu hüququ sui-istifadə etməyəcəyinə inanıldığında anonim proksilər vasitəsilə redaktələr etməsinə icazə vermək üçün də istifadə oluna bilər.
Bu hüquq verilmiş redaktorlar proksilər vasitəsilə ixtiyarsız redaktələr, hesabdan sui-istifadə halları və ya digər davranışlar da daxil bu siyasətin pozulmasının hüququn ondan geri alına biləcəyinin fərqində olmalıdır.
Əgər başqasının IP ünvanı ilə etdiyi redaktələrə görə sizin də ünvanınız blokdadırsa, deməli həmin istifadəçi ilə dinamik IP ünvanını paylaşırsınız. Lütfən IPBAO üçün müraciət etməzdən öncə modeminizi söndürüb yandırın və təkrar redaktə edib-edə bilmədiyinizi yoxlayın. Problem davam edərsə, müraciət edin.
Təcrübəli istifadəçilər üçün icazə adətən 12 aylıq intervallarla verilir, müddəti dolduqdan sonra hələ də ehtiyacları yaranarsa, hüquq müddəti yenidən uzadıla bilər. Təcrübəsi az olan, amma bu siyasətə cavab verən istifadəçilər üçün daha qısa müddətlik bu hüquq verilə bilər.
Hal-hazırda bu hüquqa sahib 0 istifadəçi var.
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı