Vikipediya:Kuklalar

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
  • Səsvermə müddəti: 31 avqust — 15 sentyabr 2024
  • Qüvvədədir: 15 sentyabr 2024-cü ildən
Qısa keçid yönləndirmə
Marionet oyunçu tərəfindən saplarla idarə olunan bəndli kuklaya deyilir, kukla hesablar kimi.

Vikipediyada kuklaçılıq birdən çox Vikipediya hesabından sui-istifadəni nəzərdə tutur. Şəffaflığı qorumaq və icmanın etibarını artırmaq üçün redaktorların ümumiyyətlə yalnız bir hesabdan istifadə etməsi gözlənilir. Çoxsaylı hesab açmaq üçün bəzi əsaslı səbəblər olsa da, digər redaktorları aldatmaq və ya çaşdırmaq, müzakirələrin gedişatını pozmaq, təhrif etmək, sanksiyalardan, bloklardan yayınmaq və ya icma standartlarını və siyasətlərini başqa cür pozmaq üçün birdən çox hesabdan istifadə etmək qəbuledilməzdir.

Kukla hesablar bir neçə formada olur:

  • IP ünvan adından problemli redaktələr etmək üçün hesabdan çıxış etmək
  • Sanksiyalardan yayınmaq üçün yeni hesablar yaratmaq
  • Digər şəxsin hesabını istifadə etmək
  • Köhnə istifadə olunmamış hesabları (yatırdılmış hesablar deyilir) canlandırmaq və onları fərqli istifadəçilər kimi təqdim etmək
  • Mübahisənin bir tərəfini dəstəkləmək üçün dostları və ya həmkarları hesab yaratmağa təşviq etmək (adətən canlı kuklalar deyilir)

Çoxsaylı hesablardan sui-istifadə icmanın etibarının ciddi şəkildə pozulmasıdır. Bu aşağıdakılara səbəb ola bilər:

  • bütün əlaqəli hesabların bloklanması
  • hesabları idarə edən istifadəçiyə qadağa qoyulması
  • Vikipediya və onun qardaş layihələrində istifadə olunan bütün hesabların layihə daxilində adlarının açıqlanması
  • gələcək kuklaçılığın və ya müəyyən digər pozuntuların qarşısını almaq üçün müvafiq hesab edilən hər hansı "real dünya" fəaliyyətinin və ya şəxsi məlumatın (potensial) ictimaiyyətə açıqlanması.

Üzrlü səbəblərə görə birdən çox hesabdan istifadə edən redaktor hər bir hesabın istifadəçi səhifəsində bütün digər hesabları onların məqsədinin izahı ilə siyahıya salmalıdır (aşağıya baxın). İstəyə görə bəzi hesabların istifadəçi və istifadəçi müzakirə səhifələri digər hesablara yönləndirilə bilər. Əlaqəsi olmayan alternativ hesablardan istifadə edən və ya öz hesabından ayrı IP ünvandan redaktə edən redaktorlar məqalə və ya mövzularda hər hansı toqquşmadan çəkinməlidirlər, çünki hətta təshih, vikiləşdirmə və ya keçid vermə kimi zərərsiz fəaliyyətlər bəzi hallarda kuklaçılıq hesab edilə bilər və bunlar bəhanə kimi işə yaramayacaq.

Alternativ hesabların qanuni istifadəsi olmasına baxmayaraq, açıqlanmayan alternativ hesablar müxtəlif vasitələrlə ictimai olaraq bir-birinə əlaqələndirilə bilər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne