Vikkers pulemyotu | |
---|---|
![]() | |
Tipi | pulemyot |
Ölkə | |
İstismar tarixçəsi | |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1912 |
İstehsalçı | Vikkers |
İstehsal illəri | 1912-1968 |
Xüsusiyyətləri | |
Ağırlığı | 33-50 kq |
Uzunluğu |
|
![]() |
Vikkers pulemyotu və ya Vikkers silahı — Böyük Britaniya Ordusu üçün Vickers Limited şirkəti tərəfindən istehsal edilmiş olan, 303 düymlük (7,7 mm) mərmilər atan su ilə soyudulan lüləsi olan pulemyotdur. Pulemyot üçün 4–6 nəfərlik bir ekipaj lazım idi. Bunlardan biri atəş açır, digəri döyüş sursatı ilə daşıyır, qalanları isə silah daşınarkən kömək edirdilər.
Silah şöhrətini davamlılığı və etibarlılığı sayəsində qazanmışdır. Ian V. Hogg tərəfindən yazılmış olan Silahlar və Müharibə Maşınları (ing. Weapons & War Machines) kitabında 1916-cı ilin avqust ayında Britaniya Ordusunun Pulemyot Korpusunun 100-cü diviziyasının on ədəd Vikkers pulemyotunun 12 saat müddətində fasiləsiz olaraq atəş açdığı yazılmışdır. Bu müddət ərzində silahlardan bir milyon ədəd güllə atılmış və yüz lülə dəyişdirilmişdir. Eyni zamanda da bu müddət ərzində silahlarda heç bir nasazlıq qeydə alınmamışdır. Silahın atış sürəti dəqiqədə 450–600 mərmi arasında olub, effektiv mənzili 740 m təşkil etmişdir.