Vilyam Volles

Vilyam Volles
Sir William Wallace
Doğum tarixi 1270[1]
Doğum yeri Şotlandiya Şotlandiya
Vəfat tarixi
Vəfat yeri London İngiltərə İngiltərə
Vəfat səbəbi edam
Dəfn yeri
Milliyyəti şotland
Fəaliyyəti hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Volles (ing. Sir William Wallace; 1270[1]23 avqust 1305) — kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavər. Şotlandiyanın ən böyük milli qəhrəmanlarından biri olan Vilyam Volles ölkənin ingilis asılılığından xilas olması üçün aparılan mübarizənin ilk illərində Şotland müqavimət qüvvələrinə rəhbərlik etmişdi.[2] Tarixçilər Vilyam Vollesi soylu nəsildən gələn Robert Bryus kimi zadəganlara zidd şəxsiyyətlərdən biri hesab edirlər.

Bəzi tarixçilər Vilyam Vollesin 1270-ci ildə anadan olduğunu iddia edir. XVI əsrə aid olan Vilyam Vollesin tarixi və şotland hadisələri (ing. History of William Wallace and Scottish Affairs) kitabında isə 1276-cı ildə anadan olduğu yazılmışdır. Dəqiq sübutlar olmadığı üçün Vilyam Vollesin doğum yeri və tarixi mübahisəlidir. Tarixi mənbələrə görə onun doğum yeri Renfevşirdəki Peysli yaxınlığındakı Eldirslidir.[3] Buna baxmayaraq bəzi bioqraflar Vilyam Vollesin doğum yerinin Eyrşirdəki Kilmernok yaxınlığında olduğunu qeyd etmişlər.[4]

Bundan əlavə Vilyam Vollesin ilk hadisələri Eyrşirdə cərəyan edir. Bunun əksinə olan başqa məlumatlarda isə ilk hadisələr Eldirslidə cərəyan edir və daha sonra Vilyam Volles İrvində ingilislərlə döyüşən şotland zadəganlara qoşulmaq üçün Eyrşirə gedir. Vilyam Volles Fransadakı keşişlərə qoşulan iki əmisi tərəfindən tərbiyə edilmişdir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "William Wallace (c. 1270–1305)" Arxivləşdirilib 2022-09-18 at the Wayback Machine. Bbc.co.uk.
  3. Traquair, Peter Freedom's Sword
  4. Watson, "Sir William Wallace", p. 27; Duncan, "William, son of Alan Wallace", pp. 51–53; Grant, "Bravehearts and Coronets", pp. 90–93.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne