Volter Hartvell Vayt | |
---|---|
Breaking Bad personajı | |
İlk görünmə |
"Pilot" (2008)
|
Son görünmə |
El Kamino (2019)
|
Yaradan | Vins Qilliqan |
Canlandıran | Brayan Krenston |
Məlumat | |
Ləqəb(lər)i | Heisenberg |
Cinsi | kişi[d] |
Peşə |
|
Həyat yoldaşı | Skayler Vayt |
Uşaqlar |
Volter Vayt Cuniyor (oğlu) Holli Vayt (qızı) |
Qohumlar |
Henk Şreyder (bacanağı) Mari Şreyder (baldızı) |
Milliyyəti | Amerikalı |
Evi |
|
Doğum tarixi | 7 sentyabr 1958 |
Ölüm tarixi | 7 sentyabr 2010 (52 yaşında) |
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı. Aktyor Brayan Krenston canlandırmışdır.
Volter Vayt təcrübəli kimyaçı olmuşdur. Müəllim kimi işə başlamazdan qabaq tələbə yoldaşı Eliot Şvarts ilə birlikdə “Gray Matter Technologies” şirkətini təsis etmişdir. Şirkətin adında olan “Boz maddə” onların hər ikisinin soyadının birləşməsindən yaranmışdır. Belə ki, ingiliscədəki “Ağ” və almanca qara mənasına gələn “Şvars” — ikisi bir araya gələndə boz rəng əmələ gəlir. Şirkətin yeni qurulduğu illərdə laboratoriyasında imkanlı ailədən olan Qretçen adlı xanım işə düzəlmişdi. Çox keçməmişdi ki, Volter işlərində ona yardım edən bu xanıma aşiq olur. İkisi bir-birini sevir və sonralar nişanlanırlar. Qretçen bir dəfəsində dörd iyul bayramında Volteri valideynləri ilə tanış etmək üçün onların evinə qonaq çağırmışdı. Volter bu var-dövlət sahibi olan ailənin süfrəsindən çörək yeyərkən özünü “aşağılıq” və “sınmış” kimi hiss edirdi. O, Qretçeni özünə heç cürə yaraşdırmırdı. Axırda heç bir açıqlama vermədən şirkətdə sahib olduğu səhmlərini Eliota cəmi 5000 dollara sataraq ayrılır. Volter necə də “bədbəxt” adamdır ki, gələcəkdə milyard dollar dəyərində olacaq şirkəti qədrini bilməyən adamların əllərinə əmanət edib gedir. Eliot və Qretçen onun gedişindən sonra münasibət qurub ər-arvad olurlar. İkisi şirkət sayəsində milyardlarla dollar gəlir əldə edirlər. Onlar hər şeylərini Volterin kimya sahəsində apardığı tədqiqatlara borclu idilər. Volter onlarla mehriban münasibətini saxlamışdı, lakin hər ikisinə içdən kin bəsləyirdi. Volter özündə nöqsan görmürdü, düşünürdü ki, günah Eliot və Qretçendədir — onlar onu şirkətdən məqsədyönlü şəkildə qovublar ki, araşdırmalarını mənimsəyib var-dövlət qazansınlar.
Cənab Vayt həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. O, bilir ki, sağalmaz xəstəlik yaxın müddət ərzində onun ölümünə gətirib çıxaracaq. Bu səbəbdən o, həyatının geridə qalan hissəsini ailəsi üçün pul qazanıb yığmağa həsr edir. O, kimya sahəsindəki savadını metamfetamin istehsalı və dövriyyəsindən külli miqdarda pul qazanmaq üçün istifadə etməyi seçir. O, bu qanunsuz əməlləri şirniklərndiyi keçmiş şagirdi Cessi Pinkmanın (Aaron Pol) köməkliyilə həyata keçirir.
İkisi, əsas da Volter ABŞ-nin ən böyük narkotik imperiyasını qurur. Öz kimliyini "Heyzenberq" şifrəsi altında gizlədir. Onu rahatsız edən şeylərdən biri isə törətdiyi çirkin əməllərdən bacanağı DEA (Narkotiklə Mübarizə İdarəsi) agenti Henk Şreyderin (Din Norris) nə vaxtsa xəbər tutmasıdır.