Vought-Sikorsky VS-300 | |
---|---|
Tipi | Sınaq helikopteri |
Hazırlayan | Sikorsky Aircraft Company |
İstehsalçı | Vought-Sikorsky |
Baş konstruktor | İqor Sikorskiy |
İlk uçuş | 14 sentyabr 1939 |
İstismara verilmə tarixi | 1941 |
İstimarının bitmə tarixi | 1943 |
Buraxılış sayı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Vought-Sikorsky VS-300 (və ya S-46 ) — İqor Sikorskiy tərəfindən hazırlanmış tək mühərrikli Amerika istehsalı bir helikopterdir. Əvvəlcə 75 at güclü (56 kVt) mühərriklə təchiz edilmiş üç bıçaqlı bir rotoru var idi. VS-300-ün ilk uçuşu 14 sentyabr 1939-cu ildə yerə bağlanmış kabellərlə, ilk “sərbəst” uçuşu 1940-cı il mayın 13-də baş tutdu. VS-300, ABŞ-da yeganə qaldırıcı rotor istifadə edən və antitor üçün tək şaquli təyyarə quyruq rotor konfiqurasiyasından istifadə edən ilk uğurlu helikopterdir. Üzən əlavələr quraşdırıldıqdan sonra ilk praktik amfibiya vertolyotuna çevrildi idi.