Wallows | |
---|---|
![]() Wallows 2018-ci ildə | |
Əsas məlumatlar | |
Üslub | indi-pop |
Ölkə | Los Anceles, ABŞ |
Leybl | Atlantic Records |
Heyət |
Dilan Minet Breyden Lemasters Koul Preston |
wallowsmusic.com | |
![]() |
Wallows — Dilan Minet, Breydan Lemasters və Koul Preston tərəfindən Los-Ancelesdə qurulmuş alternativ rok[1] qrupu. Qrup 2017-ci ildən etibarən müstəqil olaraq mahnılar buraxmağa başlayıb. Onların "Pleaser" adlı mahnısı Spotify Qlobal Viral 50 hit-paradında ikinci yerdə qərarlaşıb.
2018-ci ildə Wallows Atlantic Records ilə müqavilə bağlayıb. Həmin il ilk minialbomları olan "Spring EP"-i buraxıblar. Qrup 2019-cu ildə debüt studiya albomu "Nothing Happens"-i, ardınca isə "Remote" adlı minialbom yayımlayıb. Onlar 2022-ci ildə ikinci albomları olan "Tell Me That It's Over"-i təqdim ediblər.