WikiLeaks | |
---|---|
WikiLeaks | |
![]() | |
URL | wikileaks.org |
Tipi | Beynəlxalq təşkilat |
Dilləri | ingilis dili |
Müəllif (lər) | Culian Assanc |
Açılma tarixi | 4 oktyabr 2006 |
Alexa reytinqi |
|
![]() |
VikiLiks (ing. WikiLeaks) — dövlət, korporasiya və ya dinə məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq media təşkilatı və sosial internet layihə. Sayt kriptoqrafiyanın (şifrləmə) hərbi məqsədlər üçün istifadə edilən alqoritmlər vasitəsilə məlumatı sızdıranın kimliyini və yerini maksimal dərəcədə məxfi saxlayır. Saytın hostu İsveçdə yerləşən "yüksək dərəcədə etibarlı, məxfi və heç bir sual soruşmayan" PRQ İnternet provayderidir. Bununla yanaşı, VikiLiks öz serverlərini heç bir spesifik yerdə mənzilləmir.[2]