XXXTentacion | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Jahseh Dwayne Ricardo Onfroy |
Ləqəbləri | XXXTentacion, XXX, Triple X, Young Dagger Dick[2], X |
Doğum tarixi | 23 yanvar 1998[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 2018[1] (20 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d][1] |
Dəfn yeri | |
Uşağı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2013–2018 |
Janrlar | hip-hop[d], lou-fay, nyu-metal, trep, pank rok, pank rep[d], Rep-metal, alternativ rok, müasir R&B[d], hardkor hip-hop[d], horrorkor[d], indi-rok, rok |
Musiqi alətləri | gitara, piano, baraban |
Albom şirkətləri | Bad Vibes Forever[d], Empire Distribution[d], Capitol Music Group[d], Columbia Records |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
xxxtentacion.com | |
Vikianbarda əlaqəli mediafayllar |
XXXTentacion (əsl adı: Casey Dueyn Rikardo Onfroy; 23 yanvar 1998[1], Planteyşen, Brauard dairəsi, Florida, ABŞ[1] – 18 iyun 2018[1], Dirfild-Biç, Brauard dairəsi, Florida, ABŞ[1]) — amerikalı repçi, müğənni-mahnı yazarı.[4] Depressiv və qəmgin mahnılarına görə tanınır. 2015–2018-ci illərdə emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır.[5]
Florida ştatının Planteyşen şəhərində doğulan X, uşaqlığının əksər hissəsini ştatın digər şəhəri olan Loderhilldə böyüyərək keçirmişdir. O, mahnı yazmağa yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəndən azadlığa buraxılandan sonra başlamışdı. Karyerasını 2013-cü ildə, emo və qranj musiqisindən ilhamlanaraq yazdığı mahnıları SoundCloud-a yerləşdirərək qurmuşdu. 2014-cü ildə bir neçə başqa sənətçi ilə birlikdə "Members Only" adlı underground musiqi kollektivini yaratmışdı. 2017-ci ildə buraxdığı "Look at Me" adlı sinqlı ilə diqqətləri çəkmişdi. X həmin il debüt studiya albomu olan "17"-ni təqdim etmişdir. Bu albom ABŞ-də üçqat platin sertifikatı almış və Billboard 200 çartında ikinci yerə çatmışdır. 2018-ci ildə "?" adlı ikinci albomunu buraxmışdır. Albomun ilk sinqlı olan "Sad!" Billboard Hot 100-də birinci sırada idi. Bu sinql üstəlik YouTube-da 1,2 milyard baxış, eləcə də Spotify-da 2 milyarda yaxın yayım toplamışdır.
X həyatı boyu bir neçə dəfə hüquqi problemlərlə üzləşib. 2016-cı ildə sevgilisinə şiddət göstərməkdə ittiham olunurdu.[6][7] O, 18 iyun 2018-ci ildə 20 yaşında olarkən Florida ştatının Dirfild-Biç şəhərində motosiklet mağazasından çıxarkən güllələnərək qətlə yetirilmişdir. Onu öldürən şəxslər içərisində 50 min dollar olan Louis Vuitton markalı çantanı oğurladıqdan sonra avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdılar. Cinayəti törədən şəxslərin dördü sonradan saxlanmış, üçü ömürlük həbs cəzasına məhkum edilmişdir.[8][9][10][11]