Yao Min | |
---|---|
çin. 姚明 | |
![]() | |
Mövqeyi | mərkəz |
Boyu | 229 sm[2] |
Çəkisi | 140,6 kq[3] |
Vətəndaşlığı | |
Doğum tarixi | 12 sentyabr 1980[1] (44 yaş) |
Doğum yeri | |
Oyunçu seçimi | Hyuston Rokets |
![]() |
Yao Min (çin. 姚明; pinyin. Yáo Míng; d. 12 sentyabr 1980) — çinli sabiq NBA oyunçusu. Ən son Hyuston Rokets komandasında oynamışdır.
2,29 m (7 ft 6 in) boyuyla NBA tarixinin ən uzun oyunçuları arasında yer alır.[4] Çində "Şanxay Şarks" adlı komandada oynamışdır. 2002-ci ildə NBA Seçmələrində Hyuston Rokets tərəfindən 1-ci sıradan seçilmişdir. 8 dəfə NBA All-Star heyətinə seçilməklə böyük bir uğura imza atmışdır. Boyu 2.31 m olan Yao Minin çəkisi 141 kq-dır. Ləqəbi "Xanədan"dır.
2 il basketbol oynamasına mane olan zədəsinə görə, 30 yaşında basketbolu tərk etmək qərarı almışdır. Yao 2009-2010-cu il mövsümündə heç bir matçda forma geyməmişdir, 2010-2011-ci il mövsümündə isə yalnız 5 matçda forma geyə bilmişdir.