Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Digər dinlərlə əlaqələr
|
Yehoyakim (və ya Jehoiakim, Jehoikim) (İvrit: יְהוֹיָקִים Tanrı təşkil etdi; Yunanca: Ιωακιμ; Latınca: Joakim), E.Ə 635 - 597-ci illər arasında Yehuda kralı olmuşdur. Yoşiyahunun Rumahlı Pedayanın qızı Zevudadan olan ikinci oğludur.[1] Doğum adı Eliakimdir. (İvrit: אֶלְיָקִים; Yunanca: Ελιακιμ; Latınca: Eliakim).
Yoşiyanın ölümündən sonra yerinə Yehoyakimin qardaşı Yehoahaz başa keçdi, lakin üç ay sonra firon II. Neko onu taxtdan endirib yerinə qardaşı Eliakimi gətirdi,[2] Eliakim, Yehoyakimin adını mənimsəyib 25 yaşında kral oldu. Yehoahaz, Misirə sürgündə ikən öldü.[3]
Yehoyakim taxta keçdikdə 25 yaşında idi və E.Ə 598-ci ilə qədər 11 il ərzində krallıq etdi.[4] Yerinə oğlu Yekoniya keçdi və yalnız üç ay krallıq etdi.[5][6]