Yelizaveta Petrovna | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 (29) dekabr 1709[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 dekabr 1761 (5 yanvar 1762)[3][4][…] (52 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Pyotr[7][6] |
Anası | I Yekaterina[7][6] |
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Yelizaveta Petrovna (rus. Елизаве́та Петро́вна; (18 (29) dekabr 1709[1][2], Kolomenskoye[d], Moskva quberniyası[d] – 25 dekabr 1761 (5 yanvar 1762)[3][4][…], Sankt-Peterburq[5][6]) — 1741-ci ildən ölümünədək Rusiya imperiyasının imperatriçası olmuşdur. XVIII əsrin iki böyük Avropa müharibəsi zamanı ölkəni idarə etdi: Avstriya vərasət müharibəsi (1740–1748) və Yeddiillik müharibə (1756–1763). Ölümü əsnasında imperiya 16,200,000 km2 əhatə edirdi.
Yürütdüyü daxili siyasət nəticəsində zadəganlar hakimiyyətdə söz sahibi oldular. Mixail Lomonosovun Moskva Universitetini və İvan Şuvalovun Sankt Peterburqdakı İncəsənət Akademiyasını qurmaqda himayədarlıq etdi. Eyni zamanda ən sevimli memarı olan F. B. Rastrellinin xüsusilə Peterhofda inşa etdiyi barokko üslubundakı əsərləri maliyyələşdirdi. Sankt Peterburqdakı Qış sarayı və Smolnı kafedralı onun səltənətinin əsas memarlıq əsərləridir. Prussiyaya qarşı yürütdüyü sərt siyasətlə və səltənəti dövründə ölüm hökmü çıxarmamaqla tanınmışdır.[8]