Yeni kollec

Yeni kollec
Loqonun şəkli
Xəritə
51°45′15″ şm. e. 1°15′06″ q. u.HGYO
Əsası qoyulub 1379
Ölkə
Sayt new.ox.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni kollec (ing. New College) — Böyük Britaniyanın Oksford Universitetinin tərkib hissəsi olan kolleclərdən biri.[2] 1379-cu ildə Bişop Uilyam Uaykhem tərəfindən təsis edilmiş və Vinçester kollec ilə birlikdə yaradılmışdır.[3]

Yeni kollec Oksford Universitetində ilk bakalavr tələbələrini qəbul edən və onlara dərs keçən kolleclərdən biri olmuşdur. Kollec Oksford şəhərinin mərkəzində, Holiuell küçəsi və Nyu-Kollec xəttinin arasında yerləşir. (Nyu-Kollec xətti, Oksfordun "Nəfəs körpüsü" ilə məşhurdur).[4]

Yeni kollecin qohum kolleci Kral kollecidir.[5] Kollecin xor ansamblı 100-dən çox albom yazdırmış və iki Qrammofon mükafatı qazanmışdır.

Yeni kollec tələbələri 1834-cü ilə qədər universitetin BA (Bakalavr) və əvvəlki dövrlərdə MA (Magistr) dərəcələri üçün imtahanlardan azad idilər və eyni zamanda fərqlənmə diplomları almaq hüququna malik deyildilər. Bununla belə, onlar kollec daxilində keçirilən imtahanları verməli idilər.[6][7]

Kollec bir vaxtlar "Qızıl bakalavrlar, gümüş subbakalavrlar, qurğuşun magistrlər və taxta doktorlar" kimi bir reputasiyaya sahib idi.[8]

Daha yaxın dövrlərdə, 1979-cu ildə, altı əsrlik kişi tələbələr üçün nəzərdə tutulmuş bir institut kimi fəaliyyət göstərdikdən sonra, Yeni kollec ilk dəfə qarışıq (həm kişi, həm də qadın) tələbə qəbulu həyata keçirdi.[9]

2022-ci ildə, Yeni kollec tələbələri Norrinqton Cədvəlində 75.5 bal toplamışdır.[10]

  1. 1 2 Aligned ISNI and Ringgold identifiers for institutions (ing.). // zenodo 2017. doi:10.5281/ZENODO.758080
  2. "College Officers". New College, Oxford. 16 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2023.
  3. "About Us". New College, Oxford. 16 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2023.
  4. "New College: University of Oxford". www.ox.ac.uk. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.
  5. "New College School, Oxford". 6 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2009.
  6. "Statutes Made for the College of Saint Mary of Winchester in Oxford, Commonly Called New College, in Pursuance of the Universities of Oxford and Cambridge Act 1923" (PDF). New College. 2016. 2023-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-03. His statutes provided for a college comprising a warden and 70 fellows, both graduates and, a novelty at the time, undergraduates.
  7. "The History of New College". New College. 2 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2022.
  8. Prickard, 1906. səh. 68-69
  9. "The History of New College". New College. 13 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2018.
  10. "The history of New College". New College - Oxford. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-07.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne