Yer Sammiti

Yer sammiti BMT-nin tədbiri idi.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransı (ing. UNCED), həmçinin Rio-de-Janeyro Konfransı və ya Yer sammiti (port. ECO92, Cúpula da Terra) kimi tanınan, 1992-ci il 3-14 iyun tarixlərində Rio-de-Janeyroda keçirilən BMT-nin əsas konfransı.

Yer sammiti, Soyuq müharibədən sonra üzv dövlətlərin inkişaf məsələlərində beynəlxalq miqyasda birgə əməkdaşlığı məqsədi ilə yaradılmışdır. Ayrı-ayrı üzv dövlətlərin davamlılıqla bağlı məsələlərinin həlli prosesinin böyüklüyü səbəbindən Yer sammiti digər üzv dövlətlər üçün əməkdaşlıq platforması olaraq təşkil edildi.

1992-ci il konfransının əsas nailiyyəti, "iqlim sisteminə təhlükəli insan müdaxiləsi" ilə mübarizə və atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirmək üçün qismən beynəlxalq ekoloji müqavilə kimi yaradılmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) yaradılması idi. BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransı (UNCED) 154 dövlət tərəfindən imzalanmışdır. 2022-ci ilə qədər UNFCCC-nin tərəflərinin sayı 198 idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının yaradılmasından bəri bir çox əlaqəli ekoloji konfranslar, iqlimlə bağlı forumlar, iqlim və ekoloji təhlükəsizlik sahələrində davam edən elmi tədqiqat təşəbbüsləri bu kəsişən məsələləri inkişaf etdirmişdir. Qeyri-hökumət təşkilatları (QHT)[1] və təhsil müəssisələrinin tanınmış simaları da bu tədbirlər də iştirakçı olmuşlar.

Yer sammiti ekoloji müqavilələrin ehtiyat prinsipi, ümumi, lakin fərqli əsas prinsiplərinin yayılmasında təsirli rol oynamışdır.[2]

  1. "World Conferences Introduction". www.un.org. 10 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2018.
  2. Morin, Jean-Frédéric; Allan, Jen; Jinnah, Sikina. "The survival of the weakest: the echo of the Rio Summit principles in environmental treaties". Environmental Politics (ingilis). 2023: 1–22. doi:10.1080/09644016.2023.2236505. ISSN 0964-4016. 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne