Yevgeni Priqojin | |
---|---|
rus. Евге́ний Ви́кторович Приго́жин | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyun 1961[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 2023[2][3][…] (62 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | aviasiya qəzası[d][5] |
Fəaliyyəti | qastronomçu, sahibkar, kondotyer, Muzdlu döyüşçü, illüstrasiyaçı[d] |
Uşaqları | 3 |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Rəhbərlik edib | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Oliqarxiya[6], Paramilitar[6] |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Yevgeni Viktoroviç Priqojin (rus. Евге́ний Ви́кторович Приго́жин; 1 iyun 1961[1], Leninqrad[4] – 23 avqust 2023[2][3][…], Kujenkino[d], Tver vilayəti[5]) — rusiyalı iş adamı, Rusiya Konkord şirkətlər qrupunun rəhbəri və sahibi, Vaqner qrupu ÖHŞ-nin yaradıcısı. Rusiya prezidenti Vladimir Putinin dostlarından biri hesab olunurdu. Rusiya Federasiyasının Qəhrəmanı, DNR Qəhrəmanı və LNR Qəhrəmanı.
Yevgeni Priqojinin nəzarət etdiyi Vaqner qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.[7]
Qrup 2022-ci ildə başlayan Rusiyanın Ukraynanı işğal etməsi əməliyyatında bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb olunub. "Vaqner" ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edib, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirib. Priqojinin ordusu Donbass müharibəsinin aktiv iştirakçısı olub.[8]
Bellinüat, The Insider və Der Spiegelin araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır. Rusiyadakı "Konkord" şirkəti dövlətin ən yüksək vəzifəli şəxslərə iaşə xidmətləri ilə məşğul olub. Bunun sayəsində o, mediada "Putinin aşpazı" ləqəbini alıb.[9][10][11] "Business Peterburq" nəşri 2019-cu ildə "Milyarderlərin reytinqi"ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirərək onu 72-ci yerdə göstərib. 2016-cı ildə o, "Citi 812" nəşrinin versiyasına görə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib.[12]
Priqojin "bot fermalarının" yaradıcısı kimi şöhrət qazanıb. 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa İttifaqının və Böyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın sanksiyaları altındadır. 2022-ci ilin iyul ayında ABŞ Dövlət Departamenti ABŞ-də siyasi və seçki proseslərinə müdaxilə ilə əlaqədar Yevgeni Priqojin və İnternet Araşdırmalar Agentliyinin 12 digər əməkdaşı haqqında məlumat verənə 10 milyon dollar mükafat elan edib. Federal Təhqiqat Bürosu onun həbsində köməklik göstərdiyinə görə 250.000 dollara qədər mükafat təklif edir.
2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Priqojin Ukrayna ilə müharibədə iştirak etmək üçün Vaqner ÖHŞ-ə məhbusları cəlb etmək üçün şəxsən Rusiya koloniyalarında təbliğat aparır.[13][14][15].
2022-ci ilin sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Priqojini mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində ilin adamı elan edib.
<ref>
teqi; Forbes2013
adlı istinad üçün mətn göstərilməyib