Yevgeniya Medvedeva | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Евгения Армановна Медведева | |||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() Yevgeniya Medvedeva 2017-ci ildə | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Yevgeniya Armanovna Medvedeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Moskva, Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 158 sm. (5 ft 6 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2002—2023 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi |
Eteri Tutberidze (2007—2018) Brayn Orser (2018–2020) |
||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | "Sambo-70" İdman və Təhsil Müəssisəsinin "Xrustal" bölməsi | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Yevgeniya Medvedeva (19 noyabr 1999[1][2], Moskva[3][1][…]) — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist.[4][5] 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının 2 qat gümüş medalçısı (Komanda hesabında və fərdi turnirdə).[4] Dünya Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Dünya Çempionatının bürünc medalçısı (2019-cu ildə).[4] Avropa Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Avropa Çempionatının gümüş medalçısı (2018).[4] Rusiya Çempionatlarının 2 qat qalibi (2016 və 2017-ci illərdə), Rusiya Çempionatının bürünc medalçısı (2015-ci ildə).[4] ISU Qran-Pri Finalının 2 qat qalibi (2015 və 2016-cı illərdə).[4] Komandalararası Dünya Çempionatının gümüş medalçısı (2017-ci ildə).[4] Gənclər arasında Dünya Çempionatının qalibi (2015-ci ildə) və bürünc medalçısı (2014-cü ildə).[4] Gənclər arasında ISU Qran-Pri Finalının qalibi (2014-cü ildə) və bürünc medalçısı (2013-cü ildə).[4]
Karyerası ərzində Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub.[4] 2015-ci ildə ISU ABŞ Qran-Prisinin, 2016-cı ildə ISU Fransa Qran-Prisi və ISU Kanada Qran-Prisinin, 2017-ci ildə ISU Rusiya Qran-Prisi və ISU Yaponiya Qran-Prisinin qızıl medallarına sahib olub.[4] Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərinin Çin mərhələsi istisna olmaqla digər beş mərhələsində — ABŞ, Fransa, Kanada, Rusiya və Yaponiya mərhələlərinin qalibi olan azsaylı idmançılardan biridir.
Yevgeniya Medvedeva 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.[6]
ISU-nun əvvəl mövcud olmuş qiymətləndirmə sisteminə görə, Medvedeva qadınlar arasında sərbəst proqramda 160-dan, qısa proqramda 80-dən çox, ümumi nəticədə isə 240-dan çox bal toplayan yeganə fiquristdir. Sərbəst proqramda və ümumi nəticədə dünya recordlarının sahibidir. Qısa və sərbəst proqramlar üzrə 4 dəfə, ümumi nəticələr üzrə isə 3 dəfə dünya recordlarını yenilədi. O, Yuna Kim və Mao Asadanın imza atıdğı dünya recordlarını qırıb. Medvedeva gənclər arasında Dünya Çempionatını qazandıqdan bir il sonra seniorlar arasında Dünya Çempionatını qazanan, həmçinin gənclər arasında Dünya Çempionatını qazandıqdan bir il sonra ardıcıl olaraq 2 dəfə seniorlar arasında Dünya Çempionatını qazanan yeganə qadın fiquristdir. Rusiyadan dünya çempionu titulunu qoruyan birinci və hazırda yeganə fiquristdir.
Yevgeniya Medvedeva "Pantene", "NIKE" və digər məşhur brendlərin səfiri və siması olub, ABŞ, Cənubi Koreya, İtaliya, Kanada, Tayvan və Yaponiyada baş tutan buz şoularında çıxış edib, "Birinci Kanal", "TNT" daxil olmaqla bir sıra televiziya layihələrində aparıcı olub, barəsində bir sıra sənədli filmlər lentə alınıb.
2023-cü ilin noyabrında Yevgeniya Medvedevanın həyatından, idmana gəlişindən, zədələrindən və qazandığı uğurlarından bəhs edən "Medvedeva vs. Medvedeva" sənədli filminin təqdimatı olub.
<ref>
teqi; :PR03
adlı istinad üçün mətn göstərilməyib