Yon Dal Tomasson | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 29 avqust 1976[1][2] (48 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 182 sm |
Çəkisi | 72 kq |
Mövqeyi | hücumçu |
![]() |
Yon Dal Tomasson (dan. Jon Dahl Tomasson; 29 avqust 1976[1][2], Kopenhagen) — Danimarkalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. İki Dünya Çempionatının və iki Avropa Çempionatının iştirakçısıdır. 52 qolla o, Pol Nilsenlə birlikdə Danimarka millisi tarixinin bombardiridir.
2013-cü ilin dekabrından 2014-cü ilin mayına kimi Hollandiyanın "Roda" klubunun baş məşqçisi olub.[3] 2015-ci ilin iyun ayından 2016-cı ilə kimi "Vitesse" klubunda köməkçi məşqçi vəzifəsində çalışıb .
2016-cı ilin martından 2020-ci ilin yanvarına kimi Danimarka millisində baş məşqçi köməkçisi olub. Hazırda o, İsveçin "Malmö" klubuna rəhbərlik edir.[4]