Yorklu Brijit

Yorklu Brijit
ing. Bridget of York
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1480
Vəfat tarixi 1517
Fəaliyyəti rahibə[d]
Atası IV Eduard[1]
Anası Elizabet Vudvil[1]
Ailəsi York sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yorklu Brijit (ing. Bridget of York; 10 noyabr 14801517) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.

Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 3 yaşlı Brijit mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları əmisinin himayəsində saraya göndərildi. Brijit və bacısı Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar.

III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Brijitin ən böyük bacısı Elizabetlə evləndi. Brijitin isə şotland bir əsilzadəylə evləndirilməsi müzakirə edilsə də, bu baş tutmadı. 9 yaşlı Brijit özünün də istəyilə Kentdəki dominikan kilsələrindən birinə göndərildi və ömrünün qalan hissəsini burada rahibə olaraq yaşadı. Anasının 1492-ci ildə vəfat etməsi üzərinə yalnız bir dəfə kilsədən ayrılan Brijit, burada keçirdiyi vaxt ərzində İngiltərə kraliçası olan bacısı Yorklu Elizabetlə yazışmalar apardı.

  1. 1 2 Lundy D. R. Bridget Plantagenet // The Peerage (ing.).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne