YoungBoy Never Broke Again | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Kentrell Desean Gaulden[2] |
Ləqəbləri | YoungBoy Never Broke Again, NBA YoungBoy, YoungBoy, YB |
Doğum tarixi | 20 oktyabr 1999[1] (25 yaş) |
Doğum yeri | |
Uşağı | 11 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2014-cü ildən |
Janrlar | hip-hop[d], qenqsta-rep[d], trep |
Albom şirkətləri | Atlantic Records, Motown[d][3] |
![]() |
|
youngboynba.com | |
![]() |
YoungBoy Never Broke Again və ya NBA YoungBoy (əsl adı: Kentrell DeŞon Qolden; 20 oktyabr 1999[1], Baton-Ruj, Luiziana, ABŞ) — ABŞ repçisi.[4][5] O, 2015-ci ildən 2017-ci ilə qədər müstəqil olaraq səkkiz mikstep buraxıb və musiqisi ilə sadiq fanat bazası qazanıb. YoungBoy 2017-ci ildə Atlantic Records ilə müqavilə bağlayıb.[6] Onun 2018-ci ilin yanvarında yayımladığı "Outside Today" sinqlı Billboard Hot 100 çartında 31-ci yerdə qərarlaşıb. Mahnı onun 2018-ci ildə çıxardığı ilk albomu olan "Until Death Call My Name"də yer alıb.[7] Albom ABŞ Billboard 200 çartında 7-ci pilləyə yüksəlmişdir.
YoungBoy 2019-cu ilin oktyabr ayında Juice Wrld-un iştirak etdiyi "Bandit" adlı mahnını buraxdı. Bu mahnı onun hit-paradlarda ilk onluğa daxil olan ilk hiti olmuşdu. Bundan bir həftə sonra o, "AI YoungBoy 2" adlı ikinci miksteypini yayımlayıb. Miksteyp Billboard 200 çartına başçılıq edirdi. O, dördüncü miksteypi olan "38 Baby 2"nu 2020-ci ilin aprel ayında buraxıb. 2020-ci ildə "Top" adlı ikinci albomunu təqdim etdi.[8] Repçi 2021-ci ilin sentyabrında həbsdə olarkən "Sincerely, Kentrell" adlı yeni albomunu yayımlamışdır. Təəccüblüdür ki, bu albom çox populyarlaşmış və cərgələrə başçılıq etmişdir. O, 2Pac və Lil Wayne-dən sonra həbsdə olarkən bu uğura nail olan üçüncü sənətçi olub.[9][10] YoungBoy 2022-ci ildə Atlantic Records ilə müqaviləsindən sonuncu albomunu buraxıb. Bu dördüncü albom "The Last Slimeto" adlanır.[11] O, həmin ilin sonlarında Motown ilə sövdələşmə imzalayıb.[12] 2023-cü ilin yanvarında "I Rest My Case" adlı beşinci albomunu çıxarıb.[13] Repçinin altıncı albomu "Don't Try This at Home" 2023-cü ilin aprelində işıq üzü görüb.[14]
YoungBoy 2016-cı ildən bəri bir sıra problemlərlə üzləşib. Həbsxanada olmasına baxmayaraq o, bir neçə neçə layihəsini buraxmağı bacarmışdır.[15]