Yuxu apnesi

Yuxu apnesi — yuxuda nəfəs kəsilməsi olaraq bilinən apne, həyatı təhdid edən uzun müddətli ciddi sağlamlıq problemlərinə səbəb olur.[1] İlk dəfə 1965-ci ildə adı qoyulan apne, yunan dilində ‘nəfəs arzusu’ deməkdir. İki cür yuxu apnesi müəyyən olunub: birincidə beyin tənəffüsü başladan nəfəs alma əzələlərinə doğru siqnalları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək müqavimətə qarşı işləyir. O əsnada qandakı oksigen sıxlığı azalır. Ürəkdə bir sıra ritm pozğunluqları baş verir. Yuxuda ani ölümlər, yüksək təzyiq, ürək xəstəlikləri, infakt və ifliclər baş verir.[2]

  1. Tural Qəmbərov. "Yuxu apnesi". 10 aprel 2018. Archived from the original on 2023-04-19.
  2. "What Is Sleep Apnea?". U.S. Department of Health and Human Services. 10 iyul 2012. Archived from the original on 2023-04-19.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne