Zeytgeyst | |
---|---|
ing. Zeitgeist: The Movie | |
Janr | sənədli film, müharibə filmi |
Əsas mövzu | 11 sentyabr terror aktları |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2007 |
Müddət | 116 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli[d] |
IMDb | ID1166827 |
"Zeytgeyst" (ing. Zeitgeist, the Movie) — amerikalı rejissor Piter Jozefin sənədli filmi. Rejissor filmdə xristian dinini, 11 sentyabr hücumunun rəsmi versiyasını, 2001-ci ilin oktyabr ayında qəbul edilmiş "Vətənpərvərlik aktı"nı, ABŞ-nin Federal Rezerv Sistemini tənqid edir. O iddia edir ki, bir qrup beynəlxalq banklar vahid ümumdünya hökumətini qurmaq məqsədilə, kütləvi informasiya vasitələri və ümümdünya pul sistemi vasitəsilə manipulyasiya edirlər.
Filmin rəsmi təqdimatı 2007-ci il 18 iyun tarixində www.zeitgeistMovie.com saytı vasitəsilə ba. tutmuşdur.
İkinci film olan "Zeytgeyst: Qoşma"- da (ing. Zeitgeist: Addendum) monetar sistemin tənqid olması davam etdirilir, futuroloq və mühəndis Jak Freskonun təklif etdiyi resursyönümlü iqtisadiyyat və onun Venera layihəsinə əsaslanan yeni ictimai quruluş təbliğ edilir. Filmin təqdimatından sonra, Piter Jozef Jak Freskonun ideyalarının təbliğ edilməsi məqsədilə "Zeytgeyst hərəkatını" (ing. The Zeitgeist Movement) yaradır, lakin o, bildirmişdir ki, hərəkatın məqsədi "Venera" layihəsinin birbaşa dəstəklənməsi deyil.
Filmin üçüncü hissəsi "Zeytgeyst: Növbəti addım" (ZEITGEIST: MOVING FORWARD) adlanır. Bu film insanın davranışını, texnologiyaları və rasionallıqla bağlıl məsələləri əhatə edir.