Zombi 2 | |
---|---|
it. Zombi 2 | |
![]() "Zombi 2" filminin İtalyan versiyasında afişası | |
Janr | Qorxu filmi |
Rejissor | Lüçio Fulçi |
Prodüserlər |
Fabritsio De Ancelis Uqo Tuççi |
Ssenari müəllifləri |
Eliza Briqanti Dardano Sakketti |
Baş rollarda |
Tisa Ferrou Yen Makkallok Al Kliver Riçard Conson Olqa Karlatos |
Operator | Serco Salvati |
Bəstəkarlar |
Fabio Frizzi Corco Kaskio Adrianno Cordanella Maurizio Carini |
İstehsalçı | Variety Film Production |
İlk baxış tarixi | 25 avqust 1979 |
Müddət | 91 dəqiqə |
Büdcə | 410 milyon İtalyan lirası |
Gəlir | 614 milyon İtalyan lirası |
Ölkə |
![]() |
Dil | İngilis dili |
İl | 1979 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID0080057 |
![]() |
Zombi 2 (it. Zombi 2) — 1979-cu ildə Qorxu filmi janrında çəkilən İtalyan filmi. Filmin bəstəkarlarından biri olan Corcio Kaskio filmin titrlərndə Corcio Tuççi kimi göstərilmişdir. Filmin büdcəsi təxminən 1 milyon ABŞ dollarına yaxındır. Filmin ilk adı "Zombi" olur. 1978-ci ildə ABŞ rejissoru Corc Romero tərəfindən[1] ABŞ və İtaliya studiyalarının ortaq çəkilişi sayəsində "Ölülərin sübhü" (ing. Dawn of the Dead)[2][3] filmi çəkilir. Bu filmin büdcəsinin yarısını ssenaristlərdən biri olan Dario Arcento qoymuşdur. Bu səbəbdən filmin birbaşa satışa çıxarılması nəzarətini öz üzərinə götürmüş və filmin müvəffəqiyyət əldə etməsi üçün "Zombi: Ölülərin sübhü" (ing. Zombie: Dawn of the Dead) adı altında satışa çıxarmışdır.[4] İtalyan rejissoru Lüçio Fulçi satışda həmin filmin çəkəcəyi filmlə qarışdırılmamasından ötrü filmə "Zombi 2" vermişdir.[5] Lakin bir müddət sonra bu film ABŞ-də "Zombi" adı altında satışa çıxarılmışdır.[6]