Zviad Qamsaxurdiya | |
---|---|
gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია | |
![]() | |
14 aprel 1991 – 6 yanvar 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Eduard Şevardnadze |
Şəxsi məlumatlar | |
Doğum adı | ზვიად გამსახურდია |
Doğum tarixi | 31 mart 1939[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 1993[2][1][…] (54 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tərcüməçi, ədəbiyyat tarixçisi, filoloq, ədəbi tənqidçi |
Atası | Konstantin Qamsaxurdiya |
Uşaqları | 3 |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
![]() |
|
![]() |
Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939[1], Tbilisi – 31 dekabr 1993[2][1][…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi, dissidenti, alimi və yazıçısı. O, Gürcüstan SSR Ali Sovetinin sədri (1990–1991) və Gürcüstanın 1-ci Prezidenti (14 aprel 1991 – 6 yanvar 1992) olmuşdur.
Postsovet respublikalardan olan Gürcüstan Respublikasının demokratik yolla seçilmiş 1-ci prezidenti olan Zviad Qamsaxurdiya daim Rusiyanı onun hökumətinə qarşı sui-qəsddə ittiham edirdi. O, Gürcüstanın inkişaf etdirilməsi üçün xarici dövlətlərdən kömək ala bilməmiş və Qamsaxurdiya hökuməti tərəfindən tanınan Çeçenistanın dövlət başçısı Cövhər Dudayevin simasında özünə etibarlı müttəfiq tapmışdır.
O, Gürcüstanı dəhşətli və qanlı vətəndaş müharibəsinə aparan dövlət çevrilişinin qurbanı oldu. Zviad Qamsaxurdiya Abxaziya ilə Gürcüstan arasında mövcud fikir ayrılıqlarının kökündə dayanır. O həmçinin, digər Qafqaz ölkələri ilə yaxın əlaqələr qurmuşdur.